ABŞ Prezidenti Donald Tramp israilli həmkarı İshaq Hersoqa müraciət edərək ölkənin Baş naziri Benyamin Netanyahunu əfv etməyi təklif edib.
News365.az xəbər verir ki, D.Tramp bu barədə İsrail parlamentində çıxışı zamanı danışıb.
“Mənim belə bir ideyam var. Cənab prezident, bəlkə onu əfv edəsiniz? Onu əfv edin”, - Tramp bildirib.
ABŞ lideri qeyd edib ki, bu təklif onun əvvəlcədən hazırlanan nitqində yer almamışdı.
Qeyd edək ki, B.Netanyahu ölkəsində üç korrupsiya işində ittiham olunur. Bunlar arasında təqribən 213 min dollar dəyərində qanunsuz hədiyyələr qəbul etmək də var. Təl-Əviv və Yerusəlimdə məhkəmə prosesləri 2020-ci ildən davam edir. Netanyahu isə özünü həmin işlər üzrə təqsirli bilmir.