İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib

İlham Əliyev Misirdə Nikol Paşinyanla ayaqüstü görüş keçirib
15:17

Prezident İlham Əliyev Misirdə Ermənistan Baş naziri Nikol Paşinyanla söhbətləşib.

News365.az xəbər verir ki, Azərbaycan lideri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində Nikol Paşinyanla söhbətləşib.

Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.


Sizin reklam burada
Sizin reklam burada