Yaxın Şərqdə İran ilə İsrail arasında hərbi qarşıdurma artıq açıq müharibə mərhələsinə keçib və əməliyyatlar davam edir. Qonşu dövlətdə baş verənlərin Azərbaycana da müəyyən təsiri olacaq.
Bu mövzu ilə bağlı Milli Məclisin deputatı Məşhur Məmmədov News365.az-a danışıb. Millət vəkili qeyd edib ki, Bu müharibə digər ölkələrdən daha çox Azərbaycanın diqqət mərkəzindədir:
“İranda 30 milyondan çox azərbaycanlı yaşayır. Bu gün bizi hər şeydən çox soydaşlarımızın təhlükəsizliyi narahat edir. Əgər müharibə uzun müddət davam edərsə, onların vəziyyətləri çətinləşə bilər. Təbii ki, bu mərhələdə Azərbaycan kənarda qala bilməz. Belə olan halda bizim soydaşlarımızı ölkəmizə qəbul etməkdən başqa çıxış yolumuz qalmır. Bu da Azərbaycanın iqtisadiyyatına da, ölkəmizin inkişaf tempinə də müəyyən təsirini göstərəcək. Biz iran azərbaycnlılarına çətin dövrlərdə yardım etməyə hazırıq. Lakin Azərbaycan dövlətinin əsas məqsədi bu prosesin yerində və tez həll edilməsidir”.
Deputat əlavə olaraq vurğulayıb ki, Bu qarşıdurma başqa müharibələrdən fərqlənir. Müharibədə quru qoşunları iştirak etmir. Hücümlar yanlız hava vasitəsi ilə edilir. Burda əsasən hərbi hədəflər vurulur:
“Quru qoşunlarının müharibədə iştirak etməməsi, yanlız hərbi hədəflərin vurulması onu deməyə imkan yaradır ki, İranda mülki şəxslər böyük təhlükə altında deyil. Hər şey belə davam edərsə böyük qaçqın axınlarının olacağını düşünmürəm”.