"Bu il iş qrafiki dəyişdirilə bilər"- Vüqar Bayramov

"Bu il  iş qrafiki dəyişdirilə bilər"- Vüqar Bayramov
12:12

“Nəqliyyat axınını optimallaşdırmaq məqsədilə dövlət qurumları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişkən qrafikə əsasən tənzimlənməsi prosesinə 2026-cı ildən başlanıla bilər”.

Bu sözləri News365.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, yaxın vaxtlarda dəyişən iş qrafikinə keçid edilməsi gözlənilir:

“Oxşar praktika inkişaf etmiş ölkələrdə tətbiq edilib və öznü doğruldub. Müxtəlif sektorlarda iş saatlarının fərqli vaxtlarda başlaması və bitməsi tıxac probleminin həllində effektivdir. Dəyişikliklər öncə dövlət sektorlarında: Maliyə, təhsil, səhiyyə və eyni zamanda iqtisadiyyatın fərqli sektorlarında fərqli ştatlara  tətbiq olunacaq”.

Vüqar Bayramovun sözlərinə görə, bəzi sahələrdə iş saatlarının azaldılmasına da gedilə bilər. Deputat onu da vurğulayıb ki, iş saatlarının azaldılması baş verərsə, bu maaşlara təsir etməyəcək.


Sizin reklam burada
Sizin reklam burada