“Mən onun kipriyindən biləcəm ki, o yalan danışır“ - Mətanət Əsədova

“Mən onun kipriyindən biləcəm ki, o yalan danışır“ -  Mətanət Əsədova
19 Apr 2024 15:23

"Qarşımdakı insanın heç vaxt cibini fikirləşməmişəm. Mənim üçün elə bir şey yoxdur".

News365.az xəbər verir ki, bunu müğənni Mətanət Əsədova deyib. 

"Mənim üçün önəmli olan, qarşımdakının mənə olan diqqəti, qayğısı, insanlığı mənim üçün hər şeydir. Ən əsası mənə düzgün sevgisi lazımdır. Mən onun kipriyindən biləcəm ki, o yalan danışır, yoxsa düz danışır. Məni aldatmaq olmaz. Mən o qədər həssas insanam. Allah Təala məni nəinki qarşımdakı kişinin cibinə, heç bir kişinin əlinə möhtac etməsin"- deyə müğənni əlavə edib.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər