Avstraliya BƏƏ-yə raketlər və kəşfiyyat təyyarəsi göndərir

Avstraliya BƏƏ-yə raketlər və kəşfiyyat təyyarəsi göndərir
14:06

Avstraliya Kral Hərbi Hava Qüvvələri Fars körfəzi üzərindəki hava məkanının müdafiəsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) kəşfiyyat təyyarəsi və "hava-hava" tipli raket partiyası göndərəcək.

News365.az-ın "İnterfaks" agentliyinə istinadən xəbərinə görə, bu barədə Avstraliyanın Baş naziri Entoni Albaneze mətbuat konfransında məlumat verib.

"Yaxın Şərqdə İran münaqişəsi bir həftədən bir az əvvəl başlayıb və İranın cavab hücumları artmaqda davam edərək, daha əvvəl görünməmiş miqyasa çatır. Kiprdən tutmuş Fars körfəzinə qədər bölgənin on iki ölkəsi hücumlara məruz qalmağa davam edir", - deyə o bildirib.

Entoni Albanezenin sözlərinə görə, Avstraliya Kral Hərbi Hava Qüvvələri BƏƏ-yə dörd həftə müddətində "E7A Wedgetail" kəşfiyyat təyyarəsi, "hava-hava" tipli müasir ortamənzilli raketlər, eləcə də daha əvvəl telefonla danışdığı BƏƏ Prezidenti Məhəmməd bin Zayed Ən-Nəhyanın xahişi ilə dəstək heyəti ilə göndərəcək.

Albaneze qeyd edib ki, Yaxın Şərqdə 115 000, BƏƏ-də 24 000 avstraliyalı yaşayır və bu da hərbi yardımın göstərilməsini müəyyən edən əsas amillərdən birinə çevrilib.

"Avstraliyalılara kömək etmək, həmçinin BƏƏ-yə və digər Körfəz ölkələrinə səbəbsiz hücumlara qarşı müdafiədə kömək etmək deməkdir", - deyə o qeyd edib və vurğulayıb ki, hərbi yardımın göndərilməsi yalnız müdafiə xarakteri daşıyır.


Sizin reklam burada
Sizin reklam burada