Nigar Camal Azərbaycanda məşhur Avroviziya fanat qruplarından sayılan “Songfestival Azerbaijan” səhifəsinin Teleqram qrupunda ona qarşı təhqiredici ifadələrə yer verildiyini açıqlayıb.
News365.az OLAY-a istinadən yazır ki, sənətçi bu barədə İnstaqramda paylaşım edib.
O Teymur İbrahimov adlı şəxsin fotosunu İnstaqramın hekayə bölümündə paylaşıb:
“Uzun müddətdir fəaliyyət göstərən “Songfestival Azerbaijan” səhifəsinin teleqram qrupunda haqqımda Teymur İbrahimov adlı bu şəxs (hansı ki, bəlkə də övladlarımdan da kiçikdir) və Milan nikli başqa bir şəxs çirkin, təhqiredici, şər və böhtan xarakterli ifadələr səsləndirməkdədir. Onların bloqunu xarici ölkələrdən də izləyirlər. Başqa ölkə vətəndaşların qarşısında nüfuzumu aşağı salmağa çalışırlar. Yaşları az olduğu üçün onlar haqda artıq ifadələr işlətməyi özümə yaraşdırmıram. Ancaq buradan onun valideynləri və qohumlarına səslənirəm ki, hər gün qadınların cəmiyyət tərəfindən müxtəlif təzyiqlərə məruz qaldığı bir zamanda övladlarına diqqət ayırsınlar, onlara insanlara, qadınlara hörmət etməyi öyrətsinlər. Belə Teleqram qrupları musiqi müzakirəsi üçündür, şərh və böhtan atmaq üçün yox. Bu prosesi qanuni formada da tətbiq edərdim, lakin dediyim kimi, mənə yaraşmaz. Allah bu müqəddəs Ramazan ayında sizi islah eləsin! Ümid edirəm, nəticə çıxararsınız”.
Səhifə isə bununla bağlı Nigar Camaldan hekayə bölümündə üzr istəyib.