Fidan iranlı həmkarına xəbərdarlıq etdi

Fidan iranlı həmkarına xəbərdarlıq etdi
14:42

Türkiyə xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Arakçi ilə telefon danışığı aparıb.

News365.az-ın məlumatına görə, xarici işlər naziri Fidan Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu bildirib və Türkiyənin buna qarşı bütün lazımi tədbirləri görməyə davam edəcəyini vurğulayıb.

H.Fidan bütün tərəflərin regional təhlükəsizliyi poza biləcək və mülki şəxslər üçün risk yarada biləcək hərəkətlərdən çəkinməli olduğunu vurğulayıb.

İran XİN başçısı Abbas Arakçi isə Türkiyə hava məkanına yönəlmiş raketlərin İrandan gəlmədiyini və məsələ ilə bağlı hərtərəfli araşdırma aparılacağını bildirib.


Sizin reklam burada
Sizin reklam burada