Ukraynada Rusiya və Sovet İttifaqına aid heykəl, büst və digər abidələrin götürülməsi prosesi davam edir.
Kiyev Şəhər Şurası Sovet İttifaqı və Rusiya tarixinə aid 27 abidənin və digər simvolların, xüsusən də sovet yazıçısı Nikolay Ostrovskinin abidəsinin və şəhər xəstəxanasının darvazalarında olan imperator III Aleksandrın monoqramının tamamilə sökülməsinə icazə verib.
Bu barədə Şəhər Şurasının saytında məlumat verilib.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan bəri Kiyevlə yanaşı Baltikyanı ölkələr də Rusiyanın tanınmış simalarına ucaldılan abidələri, heykəlləri bir sözlə Rusiyanı xatırladan hər şeyi silməkdədir.
Tural