Rusiyanın Soçi şəhərində dəhşətli qəza baş verib.
News365.az Rusiya KİV-ə istinadən xəbər verir ki, piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən 44 yaşlı qadını maşın vurub
O, zərbənin təsiri ilə havaya qalxaraq bir neçə metr kənara düşüb. Qadının həyat yoldaşı isə əlindəki çanta ilə sürücüyə hücum edərək ona zərbələr endirib.
Hadisənin diqqətçəkən tərəfi isə kişinin qəzada zədə alan arvadının yanına yox, sürücünün üzərinə qaçması olub.