Maşın nömrələri ilə bağlı yeni qayda qüvvəyə minir

Maşın nömrələri ilə bağlı yeni qayda qüvvəyə minir
14:52

Azərbaycanda dövlət qeydiyyat nişanlarına yeni standart tətbiq olunacaq.

News365.az xəbər verir ki, bununla bağlı AZS 599:2025 dövlət standartı qəbul olunub.

Yeni standarta əsasən, nəqliyyat vasitələrinin region kodu həm iki, həm də üçrəqəmli olacaq.

Bununla əlaqədar olaraq yeni veriləcək bir sıra nömrələrdə altı rəqəm olacaq:

- İlk 3 rəqəm - region kodu,

- Ardınca gələn 2 hərf - nəqliyyat vasitəsinin seriyası,

- Son 3 rəqəm isə - nəqliyyat vasitəsinin qeydiyyat nömrəsini ifadə edəcək.

Xatırladaq ki, standarta edilmiş yeniliklərə əsasən, avtomobil nömrələrində hərf və rəqəmlər arasındakı defis işarələri və çip elementləri də ləğv olunub.



Sizin reklam burada
Sizin reklam burada