Sumqayıtda 700 abonentin qazı kəsiləcək

Sumqayıtda 700 abonentin qazı kəsiləcək
05 Yan 2026 12:50

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.


"Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, Sumqayıt şəhəri, Beton zavodunun ərazisində yerləşən 76 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 13:00-dan etibarən təmir işlərinə başlanılacaq.


Bu səbəbdən ərazidəki 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.


Qazın verilişi təmir-bərpa işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.


Sizin reklam burada
Sizin reklam burada