Eşref Rüyanın aktyoru öldü- FOTO

Eşref Rüyanın aktyoru öldü- FOTO
10:55

"Eşref Rüya" serialının heyətində yer alan Ramazan Tetik 31 yaşında həyatını itirib. Aktyorun qəfil ölümü aort damarının yırtılması səbəbindən baş verib. Gənc sənətçinin vaxtsız vəfatı sənət dünyasını sarsıdıb.

News365.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aktyorlar İttifaqı hadisə ilə bağlı başsağlığı mesajı yayaraq kədərini bölüşüb. Açıqlamada həmkarının gənc yaşda itirilməsinin böyük acı olduğu vurğulanıb və yaxınlarına səbir dilənilib. Ramazan Tetikin çalışdığı menecerlik şirkəti də sosial media hesabında kədərli xəbəri təsdiqləyib.


Sənətçi bu gün İstanbulda son mənzilə yola salınır. O, Kiçikçəkməcədəki Ulduz məscidində günorta namazından sonra qılınacaq cənazə namazı ilə Eski Çekmeköy qəbiristanlığında dəfn ediləcək.


Sizin reklam burada
Sizin reklam burada