Tramp ilkə imza atdı

Tramp ilkə imza atdı
10:40

ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin iclasına gedib.

News365.az xəbər verir ki, bu barədə "The New York Times" nəşrinə istinadən xəbər verir.

Bununla da o, ABŞ tarixində Ali Məhkəməyə şəxsən gələn ilk fəaliyyətdə olan prezident adını qazanıb.

Tramp məhkəmənin "doğum hüququ ilə ABŞ vətəndaşlığının verilməsini məhdudlaşdıran fərman"a baxışında iştirak edib. Bu fərman 2025-ci ilin yanvarında Tramp tərəfindən imzalanan ilk sənədlərdən biri idi. 

Bundan sonra onlarla ştat fərmanın ABŞ Konstitusiyasının 14-cü düzəlişini pozduğunu hesab edərək iddia qaldırıb. Sözügedən düzəliş "ABŞ-də doğulan və ya naturallaşdırılan bütün şəxsləri" ABŞ vətəndaşı elan edir.


Sizin reklam burada
Sizin reklam burada