Bakıda təmir işləri səbəbindən ciddi tıxac yarandı - FOTO/VİDEO

Bakıda təmir işləri səbəbindən ciddi tıxac yarandı - FOTO/VİDEO
12:14

Paytaxtın Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Azadlıq prospektinin kəsişməsində (körpünün üzərində) təmir işləri aparılır.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən News365.az-a məlumat verilib.

Bildirilib ki, bu səbəbdən prospektdən “Koroğlu” meto stansiyası, Alı Mustafayev, Əbdülvahab Salamzadə küçələri, “20 Yanvar” dairəsi , Moskva və Tbilisi proskeptləri, eləcə də Bakı-Sumqayıt şosesi “20 Yanvar” metro stansiyası istiqamətlərində sıxlıq müşahidə olunur.

Hazırda polis əməkdaşları tərəfindən müxtəlif istiqamətlər üzrə sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.



Sizin reklam burada
Sizin reklam burada