Kastamonuda 58 sayta giriş məhdudlaşdırılıb.
News365.az xəbər verir ki, Kastamonu Vilayət Polis İdarəsi tərəfindən aparılan yoxlamalar nəticəsində dələduzluq və qanunsuz mərc fəaliyyəti ilə əlaqəli olduğu müəyyən edilən 58 veb-sayta giriş bloklanıb.
Məlumata görə, həmin saytların istifadəçiləri aldatmağa yönəlmiş fəaliyyətlər göstərdiyi və qanunsuz mərc oyunlarının təşviqində istifadə olunduğu müəyyən edilib.
Faktla bağlı tədbirlər davam etdirilir.