İspaniyanın Kiyevdəki səfirliyi gün ərzində ziyarətçilərə xidmət göstərməyəcək. Bu barədə "EFE" agentliyi məlumat yayıb.
Diplomatik missiyanın dəaliyyətinin dayandırılmasına səbəb kimi mümkün təhlükəsizlik təhdidləri göstərilib.
Diplomatlar İspaniya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi və yerli hakimiyyətin bütün tövsiyələrinə əməl etməyi tövsiyə ediblər. Həmçinin, sığınacaqların yerini öyrənmək tövsiyə olunur.
Qeyd edək ki, bu gün ABŞ-nin Kiyevdəki səfirliyi də noyabrın 20-də mümkün genişmiqyaslı hava hücumu xəbərləri fonunda fəaliyyətini dayandırdığını elan etmişdi. Bu barədə ABŞ Dövlət Departamentinin "X" sosial şəbəkəsindəki səhifəsində geniş məlumat verilib.
Tural