Çox güman ki, Ukrayna indiyə kimi yalnız 50-yə yaxın uzaqmənzilli Amerika "ATACMS" raketləri əldə edə bilib. Buna görə də onlardan istifadə “mövsümü” uzun sürməyə bilər. UNİAN-ın yaydığı məlumata görə, bu fikirlər "Forbes"də dərc olunan məqalədəndir.
Məqalə müəllifi xatıladıb ki, məlum raketlərlə bağlı yalnız iki tədarük ola bilər. Bunlardan biri 2023-cü ilin sonunda, digəri isə 2024-cü ilin martında baş verib: "Bu iki çatdırılma birlikdə 50-dən az ATACMS edir. Son bir ildə isə Ukrayna ordusu ən azı səkkiz ATACMS hücumu həyata keçirib. Bu əməliyyatların əksəriyyətində isə birdən çox raket atılır”, - jurnal hesablayıb.
Güman edilir ki, ATACMS raketlərinins ayı azala bilər. "Forbes" onu da xatırladıb ki, ABŞ prezidenti Cozef Baydenin administrasiyası hələ də milyardlarla dollar dəyərində olan Amerika silahlarını Ukraynaya ötürmək səlahiyyətinə malikdir. Bundan əlavə, onlar bu səlahiyyətlərindən yanvarın sonunda yeni seçilmiş prezident Donald Trampın vəzifəyə başlamasına qədər istifadə edəcəklərini vəd ediblər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural