Noyabrın 18-i axşam saatlarında ABŞ-də naməlum və böyük pilotsuz təyyarələr görünüb. Bu barədə “The War Zone” portalına Picatinny Arsenal şirkətinin rəsmisi Timoti Rayder məlumat verib.
"Biz pilotsuz təyyarələrin Pikatinnidə, eləcə də Morris qraflığındakı obyektlər üzərindən uçduğuna dair xəbərlər almışıq. Pikatinni Arsenal təşkilatları həmin gün pilotsuz uçuşlarda iştirak etməyiblər. Biz yerli, əyalət və federal təşkilatlardan bir neçəsi ilə işləyirik ki, partnyorlarımız bu fəaliyyət haqqında daha çox məlumat əldə etsinlər", -deyə Rayder bildirib.
Məqalədə həmçinin xatırlanıb ki, müəssisə üzərində icazəsiz bu cür uçuşlar qanunsuzdur.
Picatinny Arsenal 1880-ci ildə barıt zavodu kimi qurulub və adını yaxınlıqdakı eyni adlı göldən götürüb. Korporasiya I və II Dünya Müharibələri arasında xeyli sayda araşdırmalar aparıb və şirkət ABŞ müharibəyə girməzdən əvvəl 1941-ci ildə əhəmiyyətli dərəcədə genişləndirilib.
Large Sized Drones flying around in unauthorized areas around New Jersey, including over Picatinny Arsenal, which is a Military Base, last night November 18th, being followed by BlackHawk Helicopters. New Jersey residents speak up 🗣️ pic.twitter.com/sonoqZyLY5
— BeautyMrk (@BeautyMrked) November 19, 2024
Tural