Donald Trampın Ağ Evə qayıtması Braziliyada keçirilən “İyirmiliklər Qrupu” (G20) sammiti zamanı Ukraynadakı münaqişənin müzakirəsinə kölgə salıb. Gazeta-nın yaydığı məlumata görə, bu fikirlər CNN-in saytında dərc olunan məqalədəndir.
Telekanalın məlumatına görə, hətta yekun kommünikedəki ifadə əvvəlki illərlə müqayisədə xeyli yumşaldılıb. Ukrayna münaqişəsi sənədin yalnız bir bəndini əhatə edib. İddia olunur ki, sammitdə ölkələrin liderləri daha çox ABŞ-nin seçilmiş prezidentinin fikirləri və onun gələcək siyasəti ilə maraqlanıblar.
Tural