Amerikalı jurnalist: "Zelenskinin dövrü bitib!"

Amerikalı jurnalist: "Zelenskinin dövrü bitib!"
14:10

Məşhur amerikalı jurnalist Cekson Hinkl "X" sosial şəbəkəsindəki səhifəsində diqqət çəkən paylaşım edib. O, Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətinin artıq sona çatdığını bildirib.

"Zelenskinin vaxtı bitib!"- deyə Hinkl oxucuları ilə fikrini bölüşüb.

Jurnalist həmçinin ümid etdiyini bildirib ki, hazırkı Ukrayna hökuməti üzərində qələbənin nəticələri 1944-cü ildə Qızıl Meydanda əsir düşmüş nasist alman əsgərlərinin yürüşünü xatırladacaq.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər