ABŞ və İspaniya səfirliklərinin ardınca İtaliya da Ukraynadakı səfirliyinin fəaliyyətini dayandırıb. Bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilib ki, İtaliyanın Kiyevdəki səfirliyi atəş təhlükəsi ilə əlaqədar noyabrın 20-də bağlanmaq qərarına gəlib.
“İtaliya səfirliyi bu gün ABŞ və İspaniya səfirliklərinin atəşə tutulmaq təhlükəsi ilə bağlı qərarlarının ardı ilə bağlanır”, - deyə saytlar yazıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukraynanın paytaxtında və ümumilikdə Kiyev vilayətində hava hücumu ilə həyəcan siqnalları səsləndirilib. Bölgədə partlayış səsləri eşidilib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural