Mahir Emreli “Roma”ya qarşı OYNADI

Mahir Emreli “Roma”ya qarşı OYNADI
09:00

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası “Kayzserslautern” bu gün yeni mövsümün əsas hazırlıq oyununa çıxıb.

“Betze”də (yerli azarkeşlər stadionlarını belə adlandırırlar) keçiriilən qarşılaşmada Almaniya 2-ci bundesliqa təmsilçisi İtaliyanın “Roma” komandasını qəbul edib.
M.Emreli əsas heyətdə yer alıb.

Fasilədən sonra, 46-cı dəqiqədə “Kayzerslautern”in baş məşqçisi 7 oyunçunu əvəzləyib ki, onlardan da biri M.Emreli olub.

Sözügedən görüş "Roma"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, oyun “Kayzerslaytern”in 125 illiyinə həsr olunub.


Sizin reklam burada
Sizin reklam burada