Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 17–21 noyabr tarixlərində keçiriləcək Dubay Hava Sərgisində İsrail müdafiə şirkətlərinin iştirakını “təhlükəsizlik səbəbləri” ilə qadağan edib.
News365.az xəbər verir ki, İsrail rəsmiləri bu addımı, ölkələrinin 9 sentyabr tarixində Qətərin Dohasında HƏMAS liderlərinə endirilmiş hava zərbəsinə qarşı intiqam tədbiri kimi qiymətləndirir.