"Paşinyan seçkilərə gedəcək və sülh müqaviləsini xalq təsdiqləyəcək"
News365.az-a açıqlama verən Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan 26-cı ilin ortasında keçiriləcək seçkilərdə sülh partiyasının başçısı kimi iştirak edəcək.
Musabəyovun sözlərinə görə, Paşinyanın seçkilərə gedərkən parlamentdə çoxluğu qoruması və müqaviləni paraflaması göstərir ki, həm hökumət, həm də xalq həmin sülh müqaviləsinə dəstək verir. Paşinyan qeyd edib ki, müqavilə Konstitusiya Məhkəməsi tərəfindən nəzərdən keçiriləcək və lazım gəldikdə, xalq səsverməsinə çıxarılacaq.
Deputat əlavə edib ki, yeni konstitusiyaya uyğun olaraq, parlament və digər siyasi qüvvələr müvafiq qərarları qəbul edə bilər və Azərbaycanın tələbləri təmin olunana qədər razılaşmanın ratifikasiyası mümkün olmayacaq.