Əlisa Nicat xalqı yenə təhqir etdi: Qoyun sürüsü...

Əlisa Nicat xalqı yenə təhqir etdi: Qoyun sürüsü...
17:34

Filosof-yazıçı Əlisa Nicat 40 milyonluq bir xalqın dünyada hüquqsuz vəziyyətdə yaşadığını bildirib.

Onun sözlərinə görə, bu xalq öz dilində danışmaq, övladına istədiyi adı qoymaq imkanından məhrumdur.

“Dünyada ikinci belə bir xalq, belə bir sürü yoxdur. 10 min illik bəşər tarixini bilirəm, amma bu qədər susqun, qorxaq və əzilmiş başqa xalq görməmişəm. Mən 87 yaşım var, ömrümün qalanını necə var elə də yaşayacağam. Amma ürəyim yanır. Mən baxıram və soruşuram: belə bir xalq necə ola bilər?” – deyə Əlisa Nicat vurğulayıb.

O, xalqın son vaxtlar müəyyən dərəcədə fəallaşsa da, bunun ciddi nəticə vermədiyini qeyd edib:

“Bir-iki dəfə mitinq oldu, bir neçə nəfər güllələndi, hətta özlərini yandıranlar da oldu. Amma böyük səs gətirmədi. Televiziyalar isə bu hadisələri yalnız pul qazanmaq üçün işıqlandırdılar.”

Əlisa Nicat sonda əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, xalqın öz dilini və kimliyini qoruması tarixi zərurətdir.


Sizin reklam burada
Sizin reklam burada