CHP İstanbul İl Başkanlığına 45-ci Asliye Hüquq Məhkəməsinin qərarı ilə qəyyum təyin edilən Gürsel Tekin bu gün müşayiətçiləri ilə birlikdə partiyanın köhnə binasına gəlib.
News365.az xəbər verir ki, Tekin mətbuata açıqlamasında bildirib:
“Size söz verdiyim üçün gəldim. Dostumun ölüm xəbərini aldım, ora gedəcəyəm. Sizdən xahişim budur ki, bu gündən etibarən biz işimizlə məşğul olacağıq. Türkiyənin həqiqi gündəmi ilə maraqlanın.”
O, binada cəmi 10 dəqiqə qaldıqdan sonra ərazini tərk edib.