"İsrailin Qəzzanı boşaltması Trump-ın istəyilə üst-üstə düşür" - Politoloqdan şərh

"İsrailin Qəzzanı boşaltması Trump-ın istəyilə üst-üstə düşür" - Politoloqdan şərh
17:22

"İsrailin Qəzzanı boşaltması Trump-ın istəyilə üst-üstə düşür".


News365.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov bildirib ki, İsrailin Qəzzanı boşaltmaq qərarı ABŞ-ın sabiq prezidenti Donald Trump-ın istəyi ilə üst-üstə düşür.

O qeyd edib ki, bu plan əvvəlcə Netanyahu tərəfindən qəbul edilməyib və İsrailin həmin ərazidəki mövqeyini qorumaq məqsədi güdülüb. Lakin sonradan Qəzzanın boşaldılması prosesi Trump-ın arzusuna uyğun həyata keçirilib.

Politoloq hesab edir ki, İsrail əsas məqsəd olaraq öz mövqeyini təmin etməyi və eyni zamanda Fələstin dövlətinin yaranmasının qarşısını almağı hədəfləyir. Əlimusa İbrahimov əlavə edib ki, Netanyahu və ABŞ tərəfinin gələcəkdə bu məsələyə münasibətinin necə olacağı isə məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada