Bakıda yüksək vəzifəli şəxslər rüşvət alarkən cinayət başında yaxalandı

Bakıda yüksək vəzifəli şəxslər rüşvət alarkən cinayət başında yaxalandı
17:09

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, Bakı şəhərində vətəndaşlardan rüşvət alan yüksək vəzifəli şəxslər cinayət başında saxlanılıb.

News365.az-ın məlumatına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəli şəxsləri Adil Hüseynov və Toğrul İsgəndarov qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub.

Adil Hüseynov Səfərbərlik şöbəsinin rəisi kimi saxta rəy əsasında hərbi xidmətə yararsızlıq müddətini 3 il uzatmaq üçün rüşvət alarkən saxlanılıb. Toğrul İsgəndarov isə Hərbi Xidmətə Çağırış Şöbəsinin rəisi olaraq həqiqi hərbi xidmətə çağırış zamanı vətəndaşlardan rüşvət alması ilə bağlı şübhələrə görə tutulub.

Həbs zamanı hər iki şəxsin üzərində və xidməti otaqlarında axtarış aparılıb, əhəmiyyətli sübutlar götürülüb.

Onlar Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü maddələri  (təkrar və külli miqdarda rüşvət alma)  ilə təqsirləndirilir və məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq əməliyyatları davam etdirilir.


Sizin reklam burada
Sizin reklam burada