Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk xalını qazanıb

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk xalını qazanıb
09 Sen 2025 23:00

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində ikinci oyununa çıxıb.

News365.az xəbər verir ki, D qrupunda yer alan komandamız Bakıda Ukrayna yığmasını qəbul edib.

Görüşdə hesabı qonaqlar açıb. Giorgi Sudakov fərqlənib. Lakin komandamız Emin Mahmudovun qolu ilə bərabərliyə nail olub. 

Bu, yığmamızın seçmə mərhələdə qazandığı ilk xal olub.



Sizin reklam burada
Sizin reklam burada