Paşinyan: Azərbaycanla sərhəddə müasir texnologiyanın tətbiqi nəzərdə tutulur

Paşinyan: Azərbaycanla sərhəddə müasir texnologiyanın tətbiqi nəzərdə tutulur
10 Sen 2025 21:45

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin suverenliyi və yurisdiksiyası onun ərazisində olan bütün şəxslərə, milli, irqi, dini mənsubiyyət və ya vətəndaşlıqdan asılı olmayaraq tətbiq olunur.

News365.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Paşinyan sentyabrın 10-da parlamentin iclasında müxalif “Ermənistan” blokunun deputatı Aqnessa Xamoyanın sualını cavablandırarkən səsləndirib.

Deputat Azərbaycanın vətəndaşlarının Ermənistana giriş-çıxış qaydaları və onların mümkün hüquqi məsuliyyət daşıması ilə bağlı maraqlanıb.


Sizin reklam burada
Sizin reklam burada