Beykozda CHP-dən daha iki istefa

Beykozda CHP-dən daha iki istefa
17:55

Beykoz Bələdiyyəsində siyasi gərginlik davam edir. Dünən axşam saatlarında başqan vəkili kimi vəzifə yerinə yetirən CHP-li Özlem Vural Gürzelin istefasının ardından bu gün daha iki məclis üzvü partiyadan ayrıldı.

News365.az xəbər verir ki, Beykoz Bələdiyyə Məclisinin CHP üzvləri Murat Uzun və Uğur Gökdemir sosial şəbəkələrdə istefalarını açıqlayıblar.

Murat Uzun bəyanatında partiyanın Beykoz İlçe rəhbərliyini günahlandıraraq, “İlçe rəhbərliyi birləşdirici olmaq əvəzinə parçalayaraq zəiflədici mövqe tutdu. Bu səbəbdən CHP üzvlüyündən istefa edirəm” sözlərini deyib.

Uğur Gökdemir isə son dövrdə baş verən hadisələrin onu ciddi şəkildə yıpratdığını vurğulayıb: “Bundan sonra Beykoz xalqının haqqını və maraqlarını müstəqil məclis üzvü kimi qorumağa davam edəcəyəm.”

Xatırladaq ki, dünən CHP-li başqan vəkili Özlem Vural Gürzel də istefa verdiyini açıqlamış, onun AKP-yə keçəcəyi iddia olunmuşdu.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada