Ukraynalı futbolçu: "Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"

Ukraynalı futbolçu: "Azərbaycan millisi ilə oyunda qalib gəlməliyik"
10:55

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsinin növbəti oyununda qalib gəlməlidir. 

Bu barədə yığmanın üzvü İlya Zabarnı Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlama verib. 

PSJ klubunda çıxış edən müdafiəçi I turda Fransaya iki cavabsız qolla uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb: 

"Müsbət nəticə əldə etməyimizi istərdim. Amma bu, futboldur. Qalib gəlməli olduğumuz növbəti matça köklənəcəyik".

Ukrayna seçmə mərhələdə növbəti görüşünü Azərbaycan millisinə qarşı keçirəcək. 

Qeyd edək ki, Azərbaycan – Ukrayna qarşılaşması sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.


Sizin reklam burada
Sizin reklam burada