Mahaçqalada yaşayış binasında DƏHŞƏTLİ PARTLAYIŞ

Mahaçqalada yaşayış binasında DƏHŞƏTLİ PARTLAYIŞ
25 Mar 2025 12:11

Mahaçqalada çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qaz sızması nəticəsində partlayış baş verib, xəsarət alanlar var.

News365.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb, onlardan qadın ağır, kişi isə orta ağır vəziyyətdədir.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.


Sizin reklam burada
Sizin reklam burada