Xəbər verdiyimiz kimi, ötən gün dövlət başçısı 2025-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.
News365.az-ın məlumatına görə, mükafata layiq görülmüş gənclərin sırasında AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi və doktorantı Ağalarov Mircavid Elşad oğlu da yer alıb.
O, 2020-ci ildə həmin fakültəni uğurla bitirib, Azərbaycan Universitetinin Humanitar fənnlər fakültəsinin magistr pilləsinə daxil olub. 2022-ci ildə isə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əyani doktoranturasına qəbul olub, "Azərbaycanın Arxeoloji irsində Səlcuq dövrü fayans məmulatı” adlı fəlsəfə doktoru dissertasiyası üzrə tədqiqata başlayıb. 2023-cü ildən isə İnstitutun Elmi fond və ekspozisiya şöbəsində yarımştat olaraq fəaliyyətə başlayıb, hazırda da həmin şöbənin elmi işçisidir.
Mircavid Ağayevin arxeologiya elminə marağı tələbə vaxtlarından yaranıb, 2017 və 2018-ci illərdə Oksford Universiteti ilə Moskva Dövlət Universitetinin Bakı filialının birgə layihəsi olan AEB2017 və AEB2018 (Bərdənin Arxeoloji tədqiqi) layihələrində, eyni zamanda arxeologiyaya aid müxtəlif beynəlxalq elmi tədbirlərdə iştirak edib, "Erasmus+” layihəsinin iştirakçısı olub. Arxeologiya və Antropologiya İnstitutuna qəbul olduğu gündən isə İnstitutun təşkil etdiyi müxtəlif ekspedisiyalarda elmi heyət üzvü olub.