Almaniyanın keçmiş prezidenti vəfat edib

Almaniyanın keçmiş prezidenti vəfat edib
01 Fev 2025 15:08

Almaniyanın sabiq prezidenti Horst Köhler bugün səhər 81 yaşında vəfat edib.

News365.az xəbər verir ki, bu barədə Almaniya prezident ofisinin saytı məlumat yayıb.

Məlumata görə, keçmiş dövlət başçısı qısamüddətli ağır xəstəlikdən sonra Berlində ailəsinin yanında dünyasını dəyişib.

Qeyd edək ki, Horst Köhler 2004-2010-cu illərdə Almaniyanın doqquzuncu federal prezidenti vəzifəsini tutub.


Sizin reklam burada
Sizin reklam burada