Ermənistanın iri müəssisəsi fəaliyyətini dayandırdı

Ermənistanın iri müəssisəsi fəaliyyətini dayandırdı
14:44

Ermənistanda Zəngəzur mis-molibden kombinatının yüzlərlə əməkdaşı tətil edərək, işə çıxmayıb.

News365.az xəbər verir ki, müəssisənin 700 əməkdaşı əmək haqqlarının artırılmasını və rəhbərliklə sıravi işçilər arasında açıq dialoqun təşkil olunmasını tələb edir.

“Fəhlələrin maaşları aşağıdır, orta və yüksək vəzifə tutanlar isə böyük məbləğlər alırlıar... İşçilərlə rəhbərlik arasında ümumiyyətlə dialoq mövcud deyil, bu isə çoxsaylı problemlərə yol açır. Misal üçün, rəy, fəaliyyətin təşkili, iş keyfiyyətinin artırılması və sair kimi məsələlərdə”, - deyə məlumatda bildirilir.

İşçilərin tətilinə görə kombinat ağır itkilərlə üzləşib. Etiraz aksiyasının davam edəcəyi təqdirdə rəhbərliyin əksər işçiləri məcburi məzuniyyətə göndərəcəyi bildirilir.