Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşdü

Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşdü
18:45

Minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak üçün qonaq qismində Bakıya gələn Portuqaliyanın millisinin sabiq futbolçusu Luiş Nani “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçisi Patrik Andrade ilə görüşüb.


News365.az xəbər verir ki, Ağdam klubunun futbolçuları sosial şəbəkə hesabında veteran yarımmüdafiəçi ilə olan fotolarını paylaşıblar.


Qeyd edək ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ötən mövsüm Luiş Nani ilə Türkiyənin “Adana Dəmirspor” klubunda komanda yoldaşı olub.


Sizin reklam burada
Sizin reklam burada