Kriminal avtoritet güllələndi

Kriminal avtoritet güllələndi
12 Apr 2025 15:48

Rusiyanın Krasnodar vilayətində hərbi qoruyucu paltar geyinmiş naməlum şəxs bir nəfəri güllələyib.

News365.az xəbər verir ki, bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

Sonradan məlum olub ki, ölən şəxs erməni əsilli kriminal avtoritet Arsen Krasnoyarskidir.

Hadisə Tuapse bələdiyyə rayonunda baş verib.

Qatil tapançadan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıb.

Polis qatili axtarır.



Sizin reklam burada
Sizin reklam burada