Kreml hələlik Ukrayna ilə bağlı növbəti danışıqların harada və nə vaxt keçiriləcəyini açıqlamır.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı üçtərəfli danışıqlar ictimai müzakirəyə imkan verməyən mərhələdədir.
Kremlin sözçüsü Ukrayna ilə bağlı yeni danışıqların nə vaxt keçiriləcəyinin hələlik məlum olmadığını da deyib.
Dmitri Peskov prezidentin köməkçisi Vladimir Medinskinin Cenevrədə üçtərəfli danışıqlarla bağlı açıqlamasına əlavə edəcək bir şey olmadığını da bildirib.
O həmçinin qeyd edib ki, hazırda Rusiya və ABŞ prezidentləri arasında söhbət planlaşdırılmır.