Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu

Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu
11:26

Bu gün gecə Rusiyanın Krasnodar diyarı dronların hücumuna məruz qalıb. Hava həyəcanı siqnalı verilib və partlayış səsləri eşidilib. Yerli mənbələrin məlumatına görə, mühüm hərbi obyekt, eləcə də neft emalı zavodu hədəfə alınıb.

 “Astra”nın yazdığına görə, yerli sakinlər yanıq qoxusu hiss etdiklərini bildiriblər və tüstülənməni əks etdirən fotolar yayıblar.
 

Krasnodar hava limanında təyyarələrin enişi və uçuşu müvəqqəti məhdudlaşdırılıb. Şəhər rəhbərliyi pilotsuz uçuş aparatlarının hücumunun dəf edildiyini açıqlasa da, dağıntılar və ya tüstülənmə barədə məlumat verməyib.


OSINT analitiklərinin məlumatına əsasən, hərbi şəhərcik ərazisində yanğın başlayıb. Əvvəllər burada 3702 saylı hərbi hissə – 47-ci Əlahiddə Əməliyyat Təyinatlı Briqadası yerləşib. Hazırda isə həmin ünvanda Krasnodar diyarı üzrə Rusiya Milli Qvardiyasının Baş İdarəsi fəaliyyət göstərir.

Bundan başqa, yerli teleqram kanallarının məlumatına görə, Afipski neft emalı zavodunun yerləşdiyi ərazidə də tüstülənmə müşahidə olunur.

Müəssisəyə dəyən ziyanın xarakteri və mümkün nəticələri dəqiqləşdirilir.

Həmçinin Rusiyanın Kalininqrad vilayətində də hava həyəcanı sirenlərinin səsləndiyi bildirilir. Yerli sakinlərin yaydığı kadrlarda xəbərdarlıq siqnalları eşidilir.

Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu - Foto - foto 1
Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu - Foto - foto 2
Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu - Foto - foto 3
Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu - Foto - foto 4
Krasnodarda Rusiya Milli Qvardiyasının Baş İdarəsi vuruldu - Foto - foto 5

Sizin reklam burada
Sizin reklam burada