Ağ Evin Aparat rəhbəri Stiven Miller ABŞ Daxili təhlükəsizlik naziri Markveyn Mallinə telekanallara danışmağı qadağan edib.
The Wall Street Journal (WSJ) qəzeti xəbər verir ki, bu, nazir ölkənin əsas dövlət və biznes qurumlarının yaşadığı texniki problemlərin süni intellektlə (Sİ) əlaqəli ola biləcəyinə dair açıqlamasından sonra baş verib.
Qeyd edək ki, ABŞ hökumət qurumları və böyük şirkətlər son zamanlar kompüter şəbəkələrində fasilələr yaşayırlar. Ötən həftə Federal Aviasiya Administrasiyası hava nəqliyyatının idarə edilməsi mərkəzlərində rabitə çatışmazlığı səbəbindən ölkə daxilindəki bütün uçuşları dörd saatdan çox təxirə salıb. Problemlər Milli Təhlükəsizlik Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, texnologiya nəhəngi Microsoft və JPMorgan Chase-ə də təsir edib.
16 noyabrda ABŞ Daxili işlər naziri Fox News-da bəzi kompüter nasazlıqlarının Sİ texnologiyasının istifadəsi ilə bağlı ola biləcəyi fikrini irəli sürüb. WSJ-nin məlumatına görə, Miller bundan sonra Mallinin televiziyada görünməsini dayandırmasını tələb edib.
The Wall Street Journal-ın məlumatına görə, daxili təhlükəsizlik naziri vəzifəsind Kristi Noemi əvəz edən Mallinin nazirliyin işinin optimallaşdırması və daxilində hökm sürən xaosu aradan qaldırması gözlənilirdi. Lakin qeyd edildiyi kimi, Mallinin özü ABŞ administrasiyası üçün yeni problemlərin mənbəyinə çevrilib. Qəzetin mənbələri əlavə edib ki, ABŞ administrasiyasının bir neçə üzvü qanunsuz immiqrasiya ilə mübarizəyə yanaşmasının kifayət qədər sərt olmadığını nəzərə alaraq onun istefasını tələb edir.
WSJ-nin məlumatına görə, bu yay ABŞ prezidenti Donald Tramp artıq Mallinin istefasını nəzərdən keçirib. Qəzet qeyd edir ki, prezidentin nairi əvəz etmək üçün az vaxtı qalıb. Demokratların ABŞ Konqresinə nəzarəti ələ keçirməsinə bir aydan bir qədər çox vaxt qalıb və Senatda respublikaçıların çoxluğunu itirməsi ilə Trampın yeni namizədinin təsdiq prosesi çıxılmaz vəziyyətə düşə bilər.
ABŞ hakimiyyəti baş verən problemlərin Sİ ilə bağlılığını qəti şəkildə inkar edir. Bu barədə məlumatlar texnologiya nəhənglərinə külli miqdarda zərər vurur: artıq onlar son 1 ayda 9 trilyon dollar itiriblər. Problemlərin Sİ ilə bağlılığının etiraf olunması ABŞ texnologiya nəhənglərini çökdürə, bütövlükdə ölkədə dərin maliyyə və iqtisadi böhrana gətirə bilər.