Trampdan Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama

Trampdan Ukrayna müharibəsi ilə bağlı mühüm açıqlama
10:12

ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında daha genişmiqyaslı atəşkəsə nail olmaq üçün hazırlıq işlərinin aparıldığını açıqlayıb.

UNIAN-ın məlumatına görə, Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Vaşinqton Xerson vilayətinin işğal altındakı Oleşki şəhərindən insanların uğurlu təxliyəsindən sonra humanitar razılaşmaların genişləndirilməsi üzərində çalışır.
 

“Bu, möhtəşəm idi. Bu, atəşkəs idi. İnsanlar şəhər və yaşayış məntəqələrindən təxliyə edildi və bu, yəqin ki, onların həyatını xilas etdi. İndi biz bunun daha genişmiqyaslı variantı üzərində işləyirik”, – Tramp bildirib.


ABŞ lideri həyat yoldaşı Melaniya Trampın Moskva ilə Kiyev arasındakı münasibətlərdə göstərdiyi səyləri də yüksək qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Melaniya Tramp Milad bayramına qədər Ukrayna və Rusiya arasında yeni atəşkəs razılaşmasının əldə olunacağına ümid etdiyini bildirmişdi.


Sizin reklam burada
Sizin reklam burada