ABŞ və Çin arasında texnoloji rəqabət yeni mərhələyə keçir. İki ölkə arasında əsas qarşıdurma yarımkeçirici çiplər, nadir torpaq metalları və süni intellekt infrastrukturu üzərində cəmləşir.
Bu barədə Financial Times-ın köşə yazarı Kris Miller yazıb.
Onun sözlərinə görə, Donald Tramp və Si Cinpinin Şençjendə keçirilən sammitindən sonra tərəflər bir il əvvəl Pusanda əldə edilmiş ticarət atəşkəsini uzatmayıblar. Hər iki ölkə bu fasilədən növbəti qarşıdurmaya hazırlaşmaq üçün istifadə edib.
Məqalədə qeyd olunur ki, Çin qabaqcıl çiplərin istehsalında ciddi çətinliklərlə üzləşir. ABŞ isə süni intellekt sənayesinin mürəkkəb təchizat zəncirlərindən asılılığı səbəbindən risk altındadır.
Miller hesab edir ki, süni intellekt texnologiyalarının təchizat zəncirləri iki supergüc arasında mübarizənin ən təhlükəli istiqamətlərindən birinə çevrilib.