Rusiya hərbi gəmisi Böyük Britaniya sahilləri yaxınlığında özünə məxsus yanacaqdaşıyan tankerlə toqquşub.
“The Telegraph” nəşri xəbər verir ki, hadisə oktyabrın 21-23-də Esseks qraflığı sahillərində baş verib.
“Neustrashimıy” freqatı “Valentin Rıkov” yanacaq tankerinə yan almağa çalışarkən əlverişsiz hava şəraiti və güclü dalğalar səbəbindən gəmilər toqquşub.
Nəşr qeyd edir ki, hər iki gəminin gövdə və üst konstruksiyalarına ziyan dəymiş ola bilər. Hadisə Britaniyanın ərazi sularından kənarda baş verib. Rusiya freqatının hərəkətləri Britaniya Kral Donanmasının HMS Tyne patrul gəmisi tərəfindən izlənilib.