Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurdu

Cəlilabadda avtomobil 70 yaşlı piyadanı vurdu
10:03

Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 70 yaşlı kişi xəsarət alıb.

Hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb.

1956-cı il təvəllüdlü Nadir Əmənov yolu keçərkən “Ford Transit” markalı avtomobil tərəfindən vurulub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada