"Komediyalar aləminə" pulsuz səyahət

"Komediyalar aləminə" pulsuz səyahət
09:13
Maskalanıb, özünü ziyalı, savadlı və elitar göstərmək istəyən bəzi ünsürlərin əsl sifətini ortaya çıxarmaq üçün müxtəlif üsullar var. Nümunəvi ailə modeli yaradıb yaxalarını cıranların, etibarlı dost imici formalaşdırmağa çalışan fırıldaqçıların, satqın, yaltaq, miskin və əbləhlərin yavaş-yavaş maskaları da ayaqları kimi sürüşür...
Əslində, kim olduqları, hansı mənsəbə qulluq etdikləri üzə çıxır. Durulan suların dibindəki daşları, kiflənmiş yaşları və zir-zibil yığınını aydın şəkildə müşahidə edirik. Deməli, həqiqətən də zamana ehtiyac varmış. Belə insanları birbalaca hirsləndir, çətinə sal və ya sıxışdır, gör necə əllərin üzlərinə bulaşdırırlar.
Hazırda baş verən bəzi proseslər onu deməyə əsas verir ki, həqiqətən də cəmiyyətdə nə qədər yalançı, bayağı ünsürlər var imiş.
Daxilən çirkabla dolu, üzdə isə mələk siması almış və özünü mühüm fiqur hesab edənlər nə qədər imiş İlahi. Bu gün isə hər şey su üzünə çıxdıqca kimlikləri də bəlli olur. Özləri özlərinə qənim kəsilirlər. Qura bilmədikləri ailə modelləri laxlamağa başlayır. Dünyaya gətirdikləri övladları özlərinə düşmən kəsilir.
Sözün həqiqi mənasında hoqqa verirlər.
Biz uşaq olanda AzTv də bir veriliş var idi. "Komediyalar aləminə səyahət". İndiki vəziyyət də tam o mənzərədir. Komediyadır, komediya.
Ramidə Allahverdiyeva, publisist

Sizin reklam burada
Sizin reklam burada