Məndə belə bir təəssürat yarandı ki, Ermənistan rusların getməsi üçün əlindən gələni etdi.
News365.az xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan TV5 telekanalına müsahibəsində deyib.
O qeyd edib ki, Rusiya 9 noyabr sənədinin şahidi olmaqla yanaşı, həm də Qarabağdakı sülhməramlı qüvvələrin yerləşdirilməsinə görə məsuliyyəti öz üzərinə götürərək onu imzalayıb. Amma Ermənistan mahiyyət etibarı ilə birtərəfli qaydada bu prosesdən geri çəkildi. Ermənistan Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bundan sonra Rusiya Azərbaycanla münasibətlərdə hansı rol oynayır?”- Köçəryan deyib.
Köçəryan bildirib ki, Ermənistan Respublikasının bu bəyanatı ilə vasitəçilik missiyası ləğv edilib:
“Qarabağ məsələsini Rusiyanın cibinə qoya bilməzsən; bu belə deyil. Və ekoloq deyilənlər yolu bağlayanda mənə aydın idi ki, yol həmişəlik bağlanacaq və Azərbaycanın Rusiyanın məşğul olduğu Ukrayna müharibəsindən yararlanacaq. Və bundan yararlandılar. Biz ona bu imkanı verməməliydik. Nikol Paşinyan “Ruslar sülhməramlı qüvvələr yerləşdiriblər, qoy getsinlər, məsələni istədikləri kimi həll etsinlər” deyib”.