Koçaryanın Zəngəzur qorxusu: "Ölkəmiz "menyu"dadır"

Koçaryanın Zəngəzur qorxusu: "Ölkəmiz "menyu"dadır"
14:33

Ermənistanın ikinci prezidenti, hərbi cani Robert Koçaryan növbəti dəfə revanşist fikirlər səsləndirib. O, Ermənistan Universitetinin tələbə və müəllimləri ilə görüşü zamanı Zəngəzur layihəsinin reallaşacağından təşvişə düşməsini gizlətməyib. 

"Biz kifayət qədər çətin bir bölgədə yaşayırıq. Ya bu bölgədə faktor olmalısan, ya da əksinə. Yəni britaniyalıların dediyi kimi, "əgər siz masa arxasında deyilsinizsə, deməli menyudasınız". İndi biz ya menyuda olacağıq, ya da faktora çevrilməli olacağıq", - o qeyd edib.


Hərbi onu da vurğulayıb ki, İrəvanın proseslərdə effektiv görünməsi üçün ölkəsi döyüşə hazır ordu qurmalıdır: "Döyüş qabiliyyətinə malik orduya sahib olmaq üçün isə bizə həm də hərbi və siyasi müttəfiqlər lazımdır. Biz Çin və ya Rusiya kimi güclü deyilik. Bu problemləri çox tez həll etmək lazımdır. Bu çatışmazlıqları bərpa etməsək, bölgənin menyusuna düşəcəyik".


O qeyd edib ki, bu regionda istənilən qeyri-sabit vəziyyət ermənilər üçün böyük risklər, hətta hədsiz risklər yaradacaq: "Zəngəzurun  Azərbaycana qatılması kimi təhlükə var. Bu həm də Sevana (Göyçə) aiddir. Sual yaranır, bizim istədiyimiz budurmu?".

Tural


Sizin reklam burada
Sizin reklam burada