"Kiyev razılaşmaları rədd edir" - Devis

"Kiyev razılaşmaları rədd edir" - Devis
18 Apr 2025 08:30

ABŞ ordusunun keçmiş polkovniki, ekspert Daniel Devis diqqət çəkən açıqlamalar verib. O, Vladimir Zelenskinin əsas səhvini açıqlayıb. Ekspert deyib ki bu, ona, karyerasına baha başa gələcək. Devisin fikrincə, ukraynalı siyasətçi öz şərtlərini Qərbə və Moskvaya diktə etməyə çalışmaqla münaqişənin sülh yolu ilə həlli üçün son şansı da əldən verəcək.

"Zelenski deyir ki, artıq danışıqlara başlamaq vaxtıdır. Sonra isə o, öz şərtlərini diqtə etməyə başlayır. Sanki bu adam "əsl boss" falandır...", - Devis bildirib.

Onun sözlərinə görə, Zelenski hazırda zəif mövqedədirr və onun öz şərtlərini kiməsə diktə etməyə haqqı yoxdur.

ABŞ ordusunun keçmiş polkovniki xatırladıb ki, Moskva son 10 ildə hər şeyi sülh sazişi ilə bitirmək istəyini ardıcıl olaraq nümayiş etdirib. Lakin Kiyev razılaşmaları rədd edir və ya pozur: “İndi müqavilə bağlamaq üçün son şans var. Amma Zelenski də bunu əldən verəcək”.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada